Bu yay çimərliyə getmək olacaq? - ZİDDİYYƏTLİ CAVABLAR
06 may 2020 13:59 (UTC +04:00)

Bu yay çimərliyə getmək olacaq? - ZİDDİYYƏTLİ CAVABLAR

Ayin 27-dən etibarən əksər fərdi sahibkarlıq obyektlərinin fəaliyyətinə icazə verildiyi üçün insanların həmin ünvanlara necə axışdığını müşahidə etdik. Bu həm də əhalinin uzun müddət karantində passiv həyat şəraitinə son qoydu. Xüsusilə, bərbərxana və gözəllik salonlarına müştərilərin daha çox axın etdiyi deyilir. Ölkədə mövcud karantin rejiminin mayın sonunadək uzadıldığını nəzərə alıb, insanların mövsümə uyğun olaraq, çimərliklərə üz tutacağı qaçılmazdır. Bəs görək, çimərliklərdə koronavirus və digər xəstəliklərin insanlara yoluxması mümkündür?

Mövzu ilə bağlı ekoloq Telman Zeynalov Lent.az-a danışarkən bildirib ki, dəniz suyunda olan kimyəvi elementlər virusları öldürür:

“Bütün təbiət kimyəvi elementlərdən ibarətdir. Necə ki, insan orqanizminə düşən xəstəlik bədəndəki digər elementlər tərəfindən məhv olur. Dəniz suyu da elədir. Virus və ya xəstəliyə səbəb olan mikroblar suyun tərkibində olan elementlər sayəsində zərərsizləşir. Ona görə də indiyə qədər hansısa yaşlı, yaxud uşağın dəniz suyundan yoluxduğu mədə-bağırsaq çöpü ilə xəstəxanaya düşdüyünü eşitməmişəm. Mədəyə qəfil dəniz suyu getsə də hansısa problem yaranmır. Hazırkı koronavirus pandemiyasına baxmayaraq, insanların çimərliyə getməsində problem yoxdur. Ancaq yerli orqanlardan tələb etmək lazımdır ki, çimərliyin təhlükəsizliyi təmin olunsun. Əgər dərinliklər, təhlükəli yerlər varsa, onları göstərsinlər”.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə isə Lent.az-a açıqlamasında bildirib ki, dəniz suyundan müxtəlif mikrobların orqanizmə keçməsi mümkündür:

“Dəniz suyundan daha çox bağırsaq infeksiyaları törədən bağırsaq çöpləri keçə bilər. Həmçinin çimərlik sularındakı bakteriyalar göbələk xəstəlikləri, dərinin müxtəlif iltihabını yaradır. Koronavirusun dəniz suyundan keçməsi o qədər də real deyil, amma onu inkar etmək də olmaz. Bu virusun xüsusiyyətləri yeni olduğundan hələ ki, tam olaraq, öyrənilməyib. Dəniz suyunun “COVİD-19”u öldürməsinin nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Bu barədə kimdəsə dəqiq məlumat yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7257
avatar

Mehman Nəbiyev

Oxşar yazılar