Bu tələbələrin magistratura xərclərini dövlət ödəyəcək
17 aprel 2020 13:05 (UTC +04:00)

Bu tələbələrin magistratura xərclərini dövlət ödəyəcək

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq, birinci qəbul edilib.

Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109
avatar

Oxşar yazılar