Bu tələblərə əməl etməyən mağaza və market sahibləri ciddi cəzalandırılacaq
29 may 2020 19:00 (UTC +04:00)

Bu tələblərə əməl etməyən mağaza və market sahibləri ciddi cəzalandırılacaq


 “Əksər mağaza və marketlərdə maskadan istifadə tələbinə riayət olunmur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, tələblərə ciddi riayət olunmalıdır: “Əks təqdirdə mağaza və marketlərin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, iri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır: “Maskalar həm burun, həm də ağızı qoruyacaq şəkildə istifadə olunmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2695
avatar

Oxşar yazılar