“Xüsusi sərtləşdirilmiş karantin günlərinlə fəaliyyətinə icazə verilən təşkilatların əməkdaşlarının avtomobilləri barədə məlumat da “icazə.gov.az” portalına daxil edilməlidir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, həmin şəxslər avtomobillərində ailə üzvlərini apara bilməz: “Ev heyvanları ilə bağlı sui-istifadəyə yol vermək olmaz. Düşünməsin ki, heyvanı 1-2 saat özü, sonra da başqaları gəzdirə bilər”.