Azərbaycan İlahiyyat İnstitutuna rektor vəzifəsini müvəqqəti icra edən şəxs təyin edilib.
İnstitutdan APA-ya verilən məlumata görə, adətən belə hallarda rektor vəzifəsini prorektorlardan biri icra edir. Hazırda bu vəzifə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinova həvalə edilib.
Qeyd edək ki, İnstitutun rektoru Ceyhun Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyev sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.