Bu gün saat 12:00-dan etibarən Abşeron rayonunda yerləşən “Digah” Qaz Paylayıcı Stansiyasında balans sayğacı quraşdırılmağa başlayıb.
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Digah kəndində yaxın 2 saat ərzində qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.