Bu nazirlikdə qəbul iyulun 1-dək dayandırıldı
16 iyun 2020 10:53 (UTC +04:00)

Bu nazirlikdə qəbul iyulun 1-dək dayandırıldı

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il iyulun 1-dək fəaliyyətini dayandırıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2185
avatar

Aygün İbrahimli

Oxşar yazılar