Bu komitə Novruz bayramında gücləndirilmiş iş rejimində işləyəcək
10 mart 2020 15:28 (UTC +04:00)

Bu komitə Novruz bayramında gücləndirilmiş iş rejimində işləyəcək

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri martın 23-dən etibarən gücləndirilmiş iş rejimində 7/24 fəaliyyət göstərəcək.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Xarici ticarət iştirakçılarına hökumət ödəniş portalının xidmətindən istifadə etməklə, 7/24 fəaliyyət göstərən müvəkkil banklar və "Paşa Bank" pos-terminalları vasitəsilə ödənilməli olan vergi və rüsumların vaxtında dövlət büdcəsinə köçürülməsi tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Aygün İbrahimli

Oxşar yazılar