Bu il 34 nəfərə böyrək köçürülüb
30 dekabr 2019 16:34 (UTC +04:00)

Bu il 34 nəfərə böyrək köçürülüb

"Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapıb".

Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib kİ, hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəz 661 süni böyrək aparatı ilə təchiz olunub, 3900-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur:

"10 il öncə 12 mərkəzdə 198 süni böyrək aparatı quraşdırılmış və 1200 nəfər xəstəyə xidmət göstərilirdi. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 1000-ə yaxın insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Bu il dövlət hesabına 34 nəfərə böyrək köçürülməsi əməliyyatı aparılıb".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 953
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar