Bu gündən açıq havada idman yarışı və çimərlikdən istifadə qadağandır
21 iyun 2020 00:04 (UTC +04:00)

Bu gündən açıq havada idman yarışı və çimərlikdən istifadə qadağandır


Xüsusi karantin rejiminin tətbiq olunduğu səkkiz şəhər və rayonda 21 iyun saat 00.00-dan iyulun 5-dək təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Bu müddətdə muzey və sərgi zallarının fəaliyyəti, açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi və çimərliklərdən istifadə də qadağandır.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2896
avatar

Oxşar yazılar