Bu gəmilər suyu təmizləmədən Xəzərə axıdır – MONİTORİNQ
12 mart 2020 11:15 (UTC +04:00)

Bu gəmilər suyu təmizləmədən Xəzərə axıdır – MONİTORİNQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinə axıdılan tullantı sularına nəzarət məqsədilə növbəti monitorinq donanma fəaliyyəti ilə məşğul olan “BUE Caspian” LTD şirkətinə məxsus gəmilərdə aparılıb.

Nazirlikdən Lent.az-a verilən məlumatda bildirilib ki, sözügedən şirkətə məxsus “Citadel”, “Caspian Challenger”, “Caspian Supplier”, “Caspian Provider”, “DMS-2000”, “Caspian Qala”, “Fortress”, “Caspian Voyager” və “Endeavour” gəmilərinin bioloji təmizləyici qurğularına keçirilən baxış zamanı “Caspian Challenger”, “Caspian Voyager” və “Endeavour” gəmilərində təmizləyici qurğuların normalara uyğun işləmədiyi və tullantı sularının təmizlənmədən birbaşa Xəzərə axıdıldığı məlum olub.

Aparılan analizlərin nəticələrinə əsasən tullantı sularında çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib. Aşkar olunan pozuntuların aradan qaldırılması üçün “BUE Caspian” LTD şirkətinə xəbərdarlıq edilib və bildirilib ki, Xəzərə axıdılan tullantı sularının qarşısının alınması üçün şirkət tez bir zamanda ciddi tədbirlər görməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Aygün İbrahimli

Oxşar yazılar