“Eyni vaxtda mindən artıq müraciət gəlir”.
Lent.az məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu səbəbdən də sistemdə yüklənmə yaranır:
“Baxmayaraq ki, sistemdə ən geniş və güclü serverlərdən istifadə edilib, müraciətlərin çoxluğu səbəbindən emal gücü aşağı düşür. Bu səbəbdən də müraciətlər üçün müvafiq günlər və qrafiklər nəzərdə tutulub. Vətəndaşlar narahat olmasınlar, çünki haqqı çatan hər vətəndaş birdəfəlik ödəməni əldə edə biləcək.
Onu da qeyd edim ki, sutka ərzində müraciət edənlərin 60 faizindən çoxu haqqı olmayanlar idi”.