“Bu günə qədər bilet almış sərnişinlər əllərindəki biletləri yeni biletlərlə dəyişə bilərlər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
E. Hacıyev deyib ki, bunun üçün sərnişinlərə xüsusi vauçerlər təqdim edilir: “AZAL-ın təyyarəsi ilə gələcəkdə uçmayacağını bildirən sərnişinlərə gəlincə, uçuşların bərpasından 60 gün sonra bütün biletlərin pullarını qaytarmağa hazır olacağıq”.