Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edənlərin adları AÇIQLANDI
03 fevral 2020 10:11 (UTC +04:00)

Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edənlərin adları AÇIQLANDI

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən 3 nəfərin adı məlum olub.

Lent.az trend-ə istinadla bildirir ki, həmin şəxslər - 23 yaşlı Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 51 yaşlı Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 24 yaşlı Zhenghai Liu Youshadır.

Azərbaycan vətəndaşı Abdul Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. E.Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib.

Çin vətəndaşı Zhenghai Liu Yousha isə Bakı Dövlət Universitetinin Tarix fakultəsində amerikasünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsidir.

Müraciət edənlərdən analizlər götürülsə də, onlardan heç birində koronavirus əlamətləri aşkar edilməyib. A.Atiba və E.Mamiyev müayinə olunduqdan sonra evə buraxılsa da, Zhenghai Liu Yousha yanvarın 27-də xəstəxanaya qəbul edilib və hazırda karantində saxlanılır. Zhenghai Liu Youshanın atası Çində həmin virusdan dünyasını dəyişdiyi üçün o, karantində saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar