Bakıda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin SAYI
26 oktyabr 2020 11:26 (UTC +04:00)

Bakıda Milli Qəhrəman və şəhid adı daşıyan məktəblərin SAYI

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

İdarədən Lent.az-a verilən məlumata görə, məktəblərə milli qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir.

Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə məqsədyönlü işlər aparılır.

Azərbaycan xalqı milli qəhrəmanların və şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır.  Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid alilələri hərtərəfli qayğı ilə əhatə olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Aygün İbrahimli

Oxşar yazılar