Bakı Şəhər Baş Polis İdarəsində yeni təyinat olub.
İdarədən Lent.az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini vəzifəsinə təyin edilib.
Bundan əvvəl BŞBPİ-nin rəis müavini general-mayor Həsən Şirinov idi.
Polis polkovniki Sərdar Səfərov isə nazirin müvafiq əmrilə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, S.Səfərov bundan öncə İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.