Azərbaycanda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac var? - AÇIQLAMA
10 mart 2020 16:18 (UTC +04:00)

Azərbaycanda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac var? - AÇIQLAMA

“Koronavirusa yoluxan 11 nəfər  olduğu üçün hazırda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac yoxdur”.

APA xəbər verir ki, bunu mətbuat konfransında ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O qeyd edib ki, ölkədə koronavirusla bağlı vəziyyət ÜST tərəfindən tam araşdırılır: "İndiyədək Azərbaycanda koronavirusa yoluxanlar xaricdən gələnlərdir. Əgər yoluxmanın qarşısı sərhəddə alına bilməzsə, daxildə yoluxma halı çox olarsa, artıq xəstəliyin yayılması birinci mərhələdən çıxacaq”. 

H.Harmancı bildirib ki, əgər xəstəliyin yayılması ikinci mərhələyə keçərsə, xəstəxanalar kifayət etməzsə, o zaman hökumət əlavə olaraq yataq yerləri açmağı, başqa qabaqlayıcı tədbirlər görməyi düşünəcək. 

“Hazırda çox sayda yatağa ehtiyac yoxdur”, -  ÜST nümayəndəsi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231
avatar

Oxşar yazılar