Azərbaycanda tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur 
08 aprel 2020 15:06 (UTC +04:00)

Azərbaycanda tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur 

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

Lent.az-ın məlumatına görə, Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev jurnalistlərə bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə tibb müəssisələrinə xüsusi torbalar və konteynerlər paylanılıb:

"Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur. Yandırılma zamanı əmələ gələn kül Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır. Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar