Azərbaycanda koronavirusla bağlı son statistika AÇIQLANDI
16 mart 2020 17:46 (UTC +04:00)

Azərbaycanda koronavirusla bağlı son statistika AÇIQLANDI

“Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verərkən bildirib.

R. Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var: “Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib, onlar sağalaraq evə buraxılıblar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2932
avatar

Oxşar yazılar