"Azərbaycanda ən çox koronavirusa yoluxma Bakıda qeydə alınıb - 50,2 faiz".
APA-nın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Daha sonra ən çox yoluxma 12,4 faizlə Gəncə-Qazax və 12,3 faizlə Abşeronda qeydə alınıb.
Ümumilikdə, virusa yoluxma Aranda 8,8 %, Lənkəranda 7,2 %, Dağlıq Şirvanda 1,8 %, Şəki-Zaqatalada 1,7 %, Quba-Xaçmazda 1,5 %, Yuxarı Qarabağda 1,2 % təşkil edib. Yoluxmanın 2,9 %-i xaricdən gələnlərdə qeydə alınıb.
Ölkə üzrə ən az yoluxma isə 0,05 %-lə Naxçıvanda olub.