Azərbaycanda karantin postları ləğv olunur? -  RƏSMİ CAVAB - VİDEO
20 aprel 2020 14:49 (UTC +04:00)

Azərbaycanda karantin postları ləğv olunur? - RƏSMİ CAVAB - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev ölkədə karantinlə əlaqədar qurulmuş postların ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, qurum rəsmisi Xəzər TV-nin efirində bildirib ki, karantin rejiminə görə rayonlararası yollarda stasionar postlar var.

“Ayın 19-dan təşkil edilmiş bir neçə əlavə postda indi də xidmət davam edir. Onların da əsasını Bakının giriş-çıxışında qurulan postlar təşkil edir. Lakin paytaxtda həmin postların yeri istənilən an dəyişdirilir. Şərtlərə görə, bəzən bir küçədə, bəzən də digər küçədə və yolayrıclarında postlar quraşdırılır. Hələlik qurulan postların ləğvinə zərurət yoxdur. Gün ərzində 2000 qaydal pozuntusu aşkarlanırsa, demək postların ləğvi tezdir.

Postlardan əlavə, yol polisi əməkdaşları hərəkətdə olan istənilən avtomobili saxlayıb sürücünü və sərnişini yoxlaya bilər”, - deyə Kamran Əliyev danışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 61260
avatar

Mehman Nəbiyev

Oxşar yazılar