"Hazırda koronavirusa yoluxan 15 nəfər var".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, koronavirusa yoluxan bir nəfər dünyasını dəyişib : "Ancaq o şəxsin də vəziyyəti digər xəstəliklərlə bağlı ağır olub, koronavirusdan həyatını dəyişməyib. İndiyə qədər koronavirusa yoluxan 3 nəfər sağalıb".