"Vacib olan sahələrdəki şəxslərə - həkimlərə, xəstələrə, polisə, gömrük orqanları əməkdaşlarına pulsuz maska paylanır.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda bazarda maskaların qiyməti o qədər yüksək deyil ki, insanlar ala bilməsin: "Sadəcə qıtlıq var idi, bu qıtlıq da aradan qaldırılır. Əgər ehtiyac yaranarsa, dövlətin bütün ehtiyatları var. Hər şey vətəndaşların təhlükəsizliyi üçündür".