Azərbaycanda 80 min ailə ünvanlı sosial yardım alır
17 aprel 2020 19:36 (UTC +04:00)

Azərbaycanda 80 min ailə ünvanlı sosial yardım alır

“Azərbaycanda artıq 80 min ailə, 330 mindən çox fərd ünvanlı sosial yardım proqramı ilə əhatə olunub”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevlə video-bağlantı formatında keçirilən iclas zamanı deyib.

O bildirib ki, aprelin 1-i ilə müqayisədə artım 10 min ailədir və ya 36 min şəxsdir: “Bu dinamika da mütəmadi şəkildə artırılacaq. Ünvanlı yardım bizim aztəminatlı ailələrimizə önəmli bir dəstək mexanizmi kimi yenə icra ediləcək. 2014-cü ildə proqramın ilkin icrasına başlanan zaman, yəni, 2014-cü il yanvarın 1-dək növbədə olan şəxslərdən artıq bu ilin sonuna cəmi 1 500 nəfər qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2434
avatar

Oxşar yazılar