2019-cu ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumlarında daimi yaşamaq üçün Azərbaycana gələn 2042 nəfər qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ötən il Azərbaycandan 1654 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 388 nəfər təşkil edib.