İlin əvvəlindən ölkə əhalisinin sayı 28786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10095894 nəfərə çatıb.
Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.