Avtobuslarda kondinsionerdən istifadə ilə bağlı YENİ XƏBƏR
10 iyun 2020 11:34 (UTC +04:00)

Avtobuslarda kondinsionerdən istifadə ilə bağlı YENİ XƏBƏR

"Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi olan TƏBİB-lə məsləhətləşmələr aparılır. TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır". 

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Qurum qeyd edib ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək: "Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib".

Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3181
avatar

Mehman Nəbiyev

Oxşar yazılar