İmişli rayon Şahverdili kəndində yaşayan 8 yaşlı Zeynəb I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Lent.az xəbər verir ki, bu barədə yazıçı Kəramət Böyükçöl öz feyzbuk səhifəsində məlumat və video yayıb.
Zeynəbin atası Həsənov Ramin bildirib ki, Zeynəb və 12 yaşlı qardaşı Fuad iflicdir, yeriyə bilmirlər.
Fuadda bu hal doğulandan belə olsa da, Zeynəb sonradan yerimə qabiliyyətini itirib. Atanın sözlərinə görə, həkim, bunun müalicəsinin mümkün olduğunu bildirib.
Qeyd edək ki, videoda azyaşlı Zeynəb Mehriban Əliyevaya müraciət edərək, qardaşının və özünün müalicəsini üzərinə götürməsini istəyir.
Həmin müraciətin görüntülərini təqdim edirik: