Təhsil Nazirliyi
02 mart 2021 11:05 (UTC +04:00)

Təhsil Nazirliyi

"8 Marta görə məktəblərdə xoşagəlməz hal..." - Nazirlik açıqlama yaydı

"Təhsil Nazirliyi  qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji  heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana  kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır". 

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 8 mart  – Beynəlxalq Qadınlar Günü  münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət birgə mübarizə aparmalı, dəyərləri qorumalı və gələcək nəsillərə çatdırmalıdır: "Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar