60-dan çox bağça müdiri İŞDƏN ÇIXARILDI
08 avqust 2022 13:15 (UTC +04:00)

60-dan çox bağça müdiri İŞDƏN ÇIXARILDI

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində monitorinqləri mütəmadi olaraq davam etdirir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 61 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, 29 nəfər məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində müvafiq intizam tənbeh tədbirləri görülüb.

Eyni zamanda, 1 məktəbəqədər təhsil müəssisəsində aparılan yoxlama zamanı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Oxşar yazılar