
4 tondan çox yararsız qaymaq aşkarlandı
Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları mütəmadi qaydada Qida Təhlükəsizliyi Agentliyində (AQTA) risk əsaslı ekspertizaya cəlb edilir.
Agentlikdən Lent.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin İtaliyadan ölkəmizə idxal etdiyi “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib. Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bununla bağlı istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kq olan məhsul partiyası “Təhlükəli Tullantılar” poliqonunda agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Hicranə Əlişqızı
Oxşar yazılar
Türkiyədən qardaş yardımı: “Yeni Klinika”ya təqdim olundu - FOTO
19 yanvar 2021 , 00:28
Xəzərdə dalğanın hündürlüyü 2.8 metrə çatdı – FAKTİKİ HAVA
18 yanvar 2021 , 21:23
“Düşmən bu dəfə onu ürəyindən nişan alır...” – Şəhid kapitan necə tarixə düşdü?
18 yanvar 2021 , 20:15
Azərbaycana bu yerlərdən ət gətirilməsinə qadağa
18 yanvar 2021 , 18:39
Kəlbəcərin Alolar kəndi - VİDEO
18 yanvar 2021 , 18:33
Koronavirus statistikası: 118 nəfər yoluxdu, 503 nəfər sağaldı, 13 nəfər öldü
18 yanvar 2021 , 18:30
“Maşın ya morqa tərəf dönəcəkdi, ya da...” - Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
18 yanvar 2021 , 18:22
Karantin cəriməsi olanlar nə vaxt yeni vəsiqə ala bilməz?
18 yanvar 2021 , 18:09