"3-5 min" manat rüşvət istəyən məşhur müəllim İŞDƏN ÇIXARILDI
20 iyun 2022 14:21 (UTC +04:00)

"3-5 min" manat rüşvət istəyən məşhur müəllim İŞDƏN ÇIXARILDI

Tələbələrdən 3-5 min manat rüşvət tələb etməkdə ittiham olunan BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən azad olunub. 

Bu barədə Lent.az-a universitetin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, müəllimənin əmək müqaviləsinə xitam verilib.

Xatırladaq ki, sosial şəbəkələrdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsus səs yazısı yaylmışdı. Səs yazısında müəllimin birinci imtahandan keçmək üçün 3-5 min manat arası pul tələb olunduğunu deyilirdi: “İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.

Bu barədə məlumatı həmin fakültənin tələbələri ictimailəşdirmişdi. Məsələ ilə bağlı üniversitetdə araşdırılma aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Fidan İlqar

Oxşar yazılar