Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 58 müntəzəm marşrut xətti üzrə 223 avtobusun hərəkət intervalında gecikmələr var.
Lent.az Bakı Nəqliyyat Agentliyinə istinadla həmin yolları təqdim edir:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 25-30 dəqiqə gecikmə müşahidə olunur.
2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M. K. Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.
5. Zabrat şosesi – şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə olunur.
6. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə olunur.
7. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, E1, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə olunur.
8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.
9. Babək prospekti şəhər istiqamətində 15, 30, 32 və 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-20 dəqiqə gecikmə müşahidə olunur.
10. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-25 dəqiqə gecikmə müşahidə olunur.
11. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 35-40 dəqiqə gecikmə müşahidə olunur.
12. Badamdar şosesi, Mikayıl Müşviq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.