“Bu ilin əvvəlindən indiyə qədər 22 məktəb direktoru, 19 bağça müdiri işdən çıxarılıb”.
Lent.ax xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, buna səbəb işlərində yol verdikləri nöqsanlar olub.