Şəhidlərimizin qisasını almaq üçün torpaqlarımızı işğaldan azad edəcəyik demişdi. Hər bir azərbaycanlının ürəyində olan bu arzunu dilə gətirdi və arzusuna da çatdı.
Lent.az bu dəfə Vətən Müharibəsi qəhrəmanı, şəhid Eynulla Niyyətulla oğlu Lətifovdan yazır.
Eynulla 2001-ci il sentyabrın 8-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. İki bacının bir qardaşı idi. Füzuli və Cəbrayıl rayonlarında döyüşüb. Ötən il oktyabrın 19-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Səhəri günü, yəni oktyabrın 20-də torpağa basdırılıb.
Təqdim edəcəyimiz videoda da özünün dediyi kimi, sovet qoşunlarının Bakıya xaincə daxil olması nəticəsində onun da bir çox yaxınları şəhid olub.