2 yaşlı uşağı qonşuya atıb gedən valideynlərlə bağlı QƏRAR VERİLDİ
11 oktyabr 2021 16:41 (UTC +04:00)

2 yaşlı uşağı qonşuya atıb gedən valideynlərlə bağlı QƏRAR VERİLDİ

Sumqayıt şəhərində müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlı atasına təhvil verilib.

Bu barədə Lent.az-a açıqlamasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. T.Mərdanoğlu xatırladıb ki, azyaşlının atası övladına sahib çıxmaq üçün sığınacağa müraciət etdikdən sonra onunla psixoloji söhbət aparılıb və bir daha oxşar hadisənin baş verməyəcəyinə təminat verib:

"Dövlət Komitəsinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən atanın ailə vəziyyəti ilə bağlı araşdırmaları yekunlaşıb və azyaşlının atasına təhvil verilməsi qərara alınıb".

Mətbuat katibi əlavə edib ki, azyaşlının atası anası ilə boşanmaq üçün məhkəməyə müraciət edib:

"Sözügedən məsələ Dövlət Komitəsinin nəzarətində olacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirilməsini bildirmişdi:

"Ailə 2 yaşlı uşağını qonşuya müvəqqəti baxması üçün verib. Neçə gündür uşağı götürmədiklərinə görə, qonşu uşağın atasına zəng edib. Atası bildirib ki, mənə uşaq lazım deyil. Anasına isə zəng çatmır.

Qonşu artıq balacaya baxa bilmədiyi üçün sığınacağa gətirib".

# 5172
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar