19 600 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - Sahibkarlıqla məşğul olurmuşlar
16 aprel 2020 21:10 (UTC +04:00)

19 600 şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - Sahibkarlıqla məşğul olurmuşlar

 

İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə elektron qaydada müraciət edənlərdən 19 min 600 şəxsin sahibkarlıqla məşğul olduqları müəyyən edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.

Birdəfəlik ödəmə proqramı işsiz şəxslərə dəstək məqsədi daşıyır. Ona görə də bu kateqoriyaya aid olmayan, işi və qazancı olan şəxslərin birdəfəlik ödəmə proqramından faydalanmaq üçün elektron sistemə etdikləri müraciətlər təmin edilmir.

Hazırda müraciətlərin emalı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2170
avatar

Oxşar yazılar