180 kilo kiflənmiş kolbasa  AŞKARLANDI
13 oktyabr 2021 14:41 (UTC +04:00)

180 kilo kiflənmiş kolbasa AŞKARLANDI

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Qurbanov Etibar Əlipaşa oğluna məxsus qida məhsullarının saxlanıldığı anbara baxış keçirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, baxış zamanı istifadə müddəti bitmiş, kif və göbələklərlə sirayətlənmiş, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan ümumi çəkisi 180 kiloqram müxtəlif növ kolbasa məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.

 

# 1458
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar