110 326 nəfər müəllimin iştirak etdiyi 194 vebinar həyata keçirilib -  RƏSMİ
02 aprel 2021 13:55 (UTC +04:00)

110 326 nəfər müəllimin iştirak etdiyi 194 vebinar həyata keçirilib - RƏSMİ

“Peşəkar inkişaf və məktəbdənkənar fəaliyyətin təşkili istiqamətində 22 847 nəfər şagirdin iştirak etdiyi 34 dərnək, 110 326 nəfər müəllimin iştirak etdiyi 194 vebinar həyata keçirilib”.

Bu Azərbaycan Respublikası Təhsil Nazirliyindən Lent.az-a verilən məlumatda deyilir.

Qeyd olunur ki, “Virtual məktəb” platformasından istifadə müəllimlərin İKT-dən istifadə bacarıqları inkişafına və tədrisdə rəqəmsal texnologiyaların tətbiqinə şərait yaradıb, müəllimlik vəzifəsinə hazırlaşan tələbələr üçün onlayn təcrübə proqramları həyata keçirilib.

Qiymətləndirmə alətlərinə malik “Virtual məktəb” platforması vasitəsilə IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə monitorinq qiymətləndirmə təşkil olunub. Bununla yanaşı, cari ilin yanvar ayı ərzində müəllimlər “Virtual məktəb”də təqdim edilən müxtəlif qiymətləndirmə metodlarından istifadə etməklə məktəbdaxili qiymətləndirmə həyata keçiriblər.

Məlumatda bildirilir ki, “Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur.

Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi aparılır. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir.

2021-ci il yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan istifadə edənlər ümumilikdə 1 014 743 nəfər, rəqəmsal lövhədən istifadə edənlər 201 771 nəfər, ofis proqramları üzrə “Word” proqramından 132 900 nəfər, “Excel” proqramından 30 627 nəfər, “PowerPoint” proqramından isə 65 233 nəfər istifadə edib.

Bundan əlavə,  “Virtual məktəb” vasitəsi ilə valideynlər övladlarının tədris prosesini izləyə bilir,  bu da öz növbəsində şagird nailiyyətlərinin yaxşılaşdırılmasında öz müsbət rolunu göstərməkdədir. Belə ki, valideynlər platforma vasitəsi ilə şagirdin dərs prosesində iştirakına və nəticələrinə nəzarət edə bilir, ev tapşırıqlarının yerinə yətirilməsində yaxından iştirak edir, həmçinin, platformada təşkil edilən psixoloji dəstək saatları və digər maarifləndirici vebinar və tədbirlərə qoşula bilirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar