1-ci siniflər üçün "Virtual məktəb"ə qeydiyyat prosesi  - VİDEO
04 noyabr 2020 13:45 (UTC +04:00)

1-ci siniflər üçün "Virtual məktəb"ə qeydiyyat prosesi - VİDEO

2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatı artıq mümkündür.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb. Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

Daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda "Qeydiyyat" bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır.

Qeydiyyat prosesi ilə bağlı videotəlimatı təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449

Oxşar yazılar