Dini Komitədən ABŞ Dövlət Departamentinin hesabatına münasibət
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, DQİDK Dövlət Departamentinin insan hüquqları üzrə 2011-ci il üçün hesabatının Azərbaycana aid hissəsində dini etiqad azadlığı ilə bağlı bölməni, ölkədə dini durumdakı real vəziyyəti əks etdirməməsinə və səthi xarakter daşımasına baxmayaraq, insan haqlarının qorunması istiqamətində göstərilən səylərdən biri kimi qiymətləndirir: “Hesabatda “Əjdərbəy” məscidinin yenidənqurmadan sonra prezident İlham Əliyevin iştirakı ilə açılış mərasiminin keçirilməsi, Bakıda dağ yəhudiləri dini icması üçün yeni sinaqoqun istifadəyə verilməsi, katolik kilsəsinin Apostol Prefekturasının dövlət qeydiyyatına alınması və dini azadlığa hörmətdə müsbət irəliləyiş kimi qeyd olunması, sənəd müəllifləri tərəfindən Azərbaycanda dini tolenatlıq və dövlətin dini azadlığın qorunmasına göstərdiyi diqqətin təsdiqidir”.
Dövlət Komitəsindən verilən məlumatda o da qeyd olunur ki, hesabatın tərtibatında bir sıra hallarda qüsur və qeyri-dəqiqliklərlə yanaşı təhlil işi zəif, şablon sxemlərə uyğun və səthi şəkildə həyata keçirilib: “Mədh kilsəsi” dini icmasının yenidən dövlət qeydiyyatına alınmadığı bildirilir, halbuki, həmin dini qurum “Həyat sözü” dini icması adı ilə DQİDK-da yenidən qeydiyyatdan keçib. Bundan başqa, “Yehovanın şahidləri” dini icması ilə bağlı hesabatda qeyd edilənlərin əksinə olaraq Dövlət Komitəsi həmin dini icmaya qarşı hansısa iddia qaldırmayıb. Əksinə, dini icma Dövlət Komitəsinə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət edib. Hesabatda Azərbaycan Respublikası Ermənistanla müharibə vəziyyətində olmasını, torpaqlarımızın işğal atında qalmasını nəzərə alsaq, bu barədə müharibə şəraitində olmayan ölkələrə aid şablon fikirlərin bildirilməsindənsə ölkənin mövcud vəziyyətindən çıxış etmək lazım idi”.
Dövlət Komitəsi gələcəkdə bu səpkili hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ tərəfi ilə əməkdaşlığa hazır olduğunu bildirir.

549