İsti hava şəraiti davam edəcək
08 avqust 2012 00:10 (UTC +04:00)

İsti hava şəraiti davam edəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə bu gün hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar