250 nəfər müəllim işə qəbul olub
07 avqust 2012 13:14 (UTC +04:00)

250 nəfər müəllim işə qəbul olub

2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş riyaziyyat imtahanının nəticələri məlum olub. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 1-3 avqust tarixlərində keçirilən növbəti imtahanın nəticələrinə görə, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub.

Onu qeyd edək ki, ingilis dili fənni üzrə imtahanlar avqustun 6-dan 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar