Sürücülərə şad xəbər – FOTO
06 avqust 2012 16:28 (UTC +04:00)

Sürücülərə şad xəbər – FOTO

Şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər davam etdirilir. Lent.az-ın “Azəryolservis” ASC-nin saytına istinadən verdiyi məlumata görə, yolun keçdiyi ərazidə mühəndis-kommunikasiya qurğuları zəruri olan yerlərdə dəyişdirildikdən sonra təmir işlərinə start verilib.

Yolun artıq 5,2 km-lik hissəsinə 3 qat asfalt-beton örtük döşənib. 5,5 km-lik hissədə bardürlər yenisi ilə əvəzlənib, təxminən 4 km-lik məsafədə isə xətləmə işləri yerinə yetirilib.

Tərtib olunmuş qrafik əsasında həyata keçirilən işlərin avqust ayında başa çatması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar