TUSİAB-dan möhtəşəm iftar proqramı
06 avqust 2012 16:10 (UTC +04:00)

TUSİAB-dan möhtəşəm iftar proqramı

Azərbaycan-Türk Sənayeçi və İş Adamları Birliyi (TUSİAB) 1994-cü ildən etibarən hər il müqəddəs Ramazan ayında Bakıda ənənəvi iftar proqramları təşkil edir. Lent.az-ın məlumatına görə, avqustun 5-də TUSİAB 18-ci ənənəvi iftar proqramı düzənləyib. Mərasimdə TUSİAB-ın sədri Murad Bakır, Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, millət vəkilləri, iş adamları, ziyalılar iştirak edib.

Tədbirin əvvəlində cümə günü Türkiyənin Hakkari vilayətində PKK terrorçularına qarşı döyüşlərdə həlak olmuş türk şəhidlərinin xatirəsi anılıb.

Daha sonra çıxış edən Murad Bakır TUSİAB-ın həm Türkiyə, həm də Azərbaycan üçün faydasından danışıb. O bildirib ki, iki ölkə arasında iqtisadi bağları daha da möhkəmləndirən təşkilat indiyədək 60 mindən çox insanın iş yeri ilə təmin olunmasına nail olub: “TUSİAB Azərbaycan müstəqillik qazandıqdan sonra buraya gələn iş adamlarının qurduğu ən böyük dərnəkdir. Təşkilatımızın 300-ə yaxın üzvü var və indiyədək Azərbaycan iqtisadiyyatına 7 milyard dollardan çox sərmayə qoyulub. Biz dayanmaq fikrində deyilik və işimizi bundan sonra da davam etdirəcəyik”.

Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iki ölkə arasında sıx bağların olmasını xatırladıb: “Bu gün həm də qeyri-hökumət təşkilatları xalqların, dövlətlərin yaxınlaşmasında böyük rol oynayır. Bu baxımdan TUSİAB çox faydalı iş görür. Biz bir millət, iki dövlətik. Türkiyə ilə Azərbaycan hər zaman bir birinin yanında olub, qardaş dəstəyini əsirgəməyib”.

Tədbir zamanı TUSİAB adından səfir Hulusi Kılıça hədiyyələr təqdim olunub.

Tədbirin açılışı Türkiyənin TRT kanalı vasitəsilə canlı yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar