(R) Bakcell və AMCHAM “Ümid Yeri” uşaq sığınacağına hədiyyələr bağışlayıb
06 avqust 2012 15:17 (UTC +04:00)

(R) Bakcell və AMCHAM “Ümid Yeri” uşaq sığınacağına hədiyyələr bağışlayıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti AMCHAM-la (Amerika-Azərbaycan Ticarət Palatası) birlikdə “Ümid Yeri” uşaq evinə hədiyyə olaraq pulsuz yüksək sürətli internet təmin edən on (10) Sür@ data kartı bağışlayıb. Amerika-Azərbaycan Ticarət Palatası İKT (informasiya və kommunikasiya texnologiyaları) departamentinin təşəbbüsünün tərkib hissəsi kimi uşaq evini kompüter avadanlığı kompleksi, baza stansiyası və kabel televiziyası ilə təchiz edəcək. Ehtiyacı olan uşaqlara təməl kompüter biliklərinin aşılanması üçün təlimlərin keçirilməsi də gözlənilir. Bu layihə çərçivəsində Bakcell, Microsoft, Rapid Solutions, PwC, Connect və Azərbaycanın Uşaqları hərəkatının nümayəndələri bu yaxınlarda “Ümid Yeri” uşaq evinə səfər ediblər. Bakcell özünün Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə “Ümid Yeri” uşaq evinə göstərilən müsbət töhfələrə görə böyük fərəh hissi duyur.

Bakcell bütün uşaqların özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etməsinin təmin edilməsində əhəmiyyətli rol oynadığına inanır. Şirkətin Korporativ Sosial Məsuliyyət (KSM) proqramı olan “Bakcell Stars” 2009-cu ildən həyata keçirilməyə başlayıb və olduqca sadə və səmimi bir missiyanı yerinə yetirir: xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım edir. Öz KSM siyasəti vasitəsilə Bakcell bütün Azərbaycanda fiziki və əqli qüsurlu uşaqlar və onların ailələri üçün ümid yeri olub. Bu missiya çərçivəsində biz “Uşaqların Xilası”, “SOS Uşaq Kəndləri”, “Azərbaycana Birgə Yardım” və “Sosial Xidmət Təşəbbüsləri” kimi bütün dünyada xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş uğurlu layihələri ilə tanınan təşkilatlarla əməkdaşlıq edirik.

***
Bakcell haqqında

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sur@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərəfdaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar