Çaylarda vəziyyət açıqlanıb
06 avqust 2012 14:16 (UTC +04:00)

Çaylarda vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-90, Naxçıvan MR çaylarında isə 110-115 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 77 m3/s, ongünlük normanın 58 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 102 m3/s və ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 37 m3/s təşkil etmiş və ongünlük normanın 53 faizinə bərabər olub.

Avqustun 3-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm, Şirvanda 6 sm, Salyanda 13 sm, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə 2 sm azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2011-ci il avqustun 06-da 417 sm), Şirvanda 208 sm (2011-ci il avqustun 06-da 296 sm ), Salyanda 167 sm (2011-ci il avqustun 06-da 296 sm), Bankədə 221 sm (2011-ci il avqustun 06-da 261 sm), Araz çayının Novruzlu məntəqəsində isə 101 sm (2011-ci il avqustun 06-da 137 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar