Gülümsəyin, stress azalacaq
Psixoloqlar təbəssümün çətinlikləri aradan qaldıra bilməsi ilə bağlı xalq hikmətini təsdiq ediblər. Aparılmış araşdırmalara görə istənilən, hətta qeyri-səmimi mimika belə, stressin öhdəsindən gəlməkdə sizə kömək edə bilər.
Xalq hikməti hər bir xoşagəlməz hadisəyə təbəssümlə qatlaşmağı tövsiyə edir. Bunun hər hansı bir faydası varmı? Doğrudanmı, təbəssüm pis ovqatı aradan qaldırmağa və stressin qarşını almağa kömək edir?
Bunu aydınlaşdırmaq üçün ABŞ-ın Kanzas Universitetinin psixoloqları yüzdən çox könüllü üzərində təcrübə aparıblar. Onların hər birinə iki cür gülümsəmə öyrədiblər- yalnız ağız əzələlərinin iştirak etdiyi standart gülümsəmə və ağız əzələləri ilə yanaşı, ğözətrafı əzələlərin də iştirak etdiyi “əsl”, yaxud “səmimi” və ya “Dyuşen təbəssümü”.
Məşqlərin əsas xüsusiyyəti ondan ibarət olub ki, iştirakçılar qida çöplərinin köməyi ilə gülümsər üz ifadəsi almağa məcbur ediliblər. İlk baxışdan qəribə görünən bu şərt psixoloqlara “təbəssüm” sözündən qurtulmağa imkan verib: təcrübədə iştirak edənlərdən bəziləri nəticənin necə olacağını bilmədən, sifətlərində sadəcə olaraq, hər hansı bir ifadə yaradıblar.
İştirakçıların hamısı sifətlərini manipulyasiya etməyi öyrəndikdən sonra testlərə başlanılıb. Tapşırıq stresslə bağlı olub və bu barədə iştirakçılara əvvəlcədən heç nə deyilməyib. Testlər çoxlu tapşırıqdan ibarət olub və onların birində hətta əlləri buzlu suya salmaq da lazım gəlin.
Tapşırıqları yerinə yetirərkən iştirakçıların üzlərində müxtəlif ifadələr yaranmışdır: neytral, standart təbəssüm, səmimi gülümsəmə. Eyni zamanda, onların ürək ritmlərini ölçmüş və hər birinin stress hiss edib-etmədiyi ilə maraqlanmışlar.
Məlum olmuşdur ki, təbəssüm doğrudan da bizim fiziki vəziyyətimizi yaxşılaşdırır: səmimiyyətlə gülümsəyənlər üzlərində süni təbəssüm yaradanlarla müqayisədə stressdən daha az əziyyət çəkmişlər. Lakin əslində daha maraqlısı digər bir məsələ olmuşdur: üzləri ilə sadəcə olaraq, hər hansı bir manipulyasiyanı yerinə yetirən və sonda təbəssümlərinin qeydə alınacağı ilə bağlı məlumatlandırılmamış insanlar bu barədə məlumatı olanlara nisbətən stressdən daha artıq əziyyət çəkmişlər. Bununla belə, fərq o qədər də böyük olmamışdır.
Başqa sözlə, üzdəki təbəssüm ifadəsi həqiqətən çətinliklərdən qurtulmağa kömək edir. Elə buna görə də, mümkün qədər tez-tez, hətta sevindirici bir şey olmasa belə, gülümsəyin. Üzünüzdə təbəssüm yaratmağa cəhd edin. Bu sizə xoşbəxtlik bəxş edəcəkdir.
Azərtac

485