Bolqarıstan və Ukraynada əlillərin bərpa müalicəsi təşkil olunacaq
03 avqust 2012 15:29 (UTC +04:00)

Bolqarıstan və Ukraynada əlillərin bərpa müalicəsi təşkil olunacaq

Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Daha 55 nəfər əlilliyi olan şəxs isə Ukrayna Respublikasının Saki şəhərindəki N. Burdenko adına onurğa-beyin xəstəlikləri sanatoriyasına göndəriləcək.

Bolqarıstan və Ukraynaya yola salınacaq əlillərlə avqustun 3-də keçirilən görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov əlil şəxslərin sağlamlığının bərpasının, onların tibbi-sosial reabilitasiyasının möhtərəm ölkə rəhbərinin sosial sahə ilə bağlı siyasətində mühüm yer tutduğunu, bu istiqamətdə tədbirlərin ilbəil gücləndiyini bildirib.

Qeyd olunub ki, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar