Rezidenturaya sənəd qəbulunun vaxtı açıqlandı
03 avqust 2012 11:58 (UTC +04:00)

Rezidenturaya sənəd qəbulunun vaxtı açıqlandı

Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.

M. Abbaszadənin sözlərinə görə, rezidenturaya qəbul olunmaq hüququna baza ali tibbi təhsilli olan şəxslər malikdirlər. Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılacaq: “Namizəd şəxsiyyət vəsiqəsindən və “TQDK-nın virtual ödəmə kartı”ndan istifadə etməklə TQDK-nın müvafiq səhifəsinə daxil olmalı və oradakı “Namizədin elektron ərizəsi” formasını doldurmalıdır”.

TQDK sədri onu da bildirib ki, namizəd həmçinin virtual ödəmə kartını internet ödəmə və ya 7725 SMS xidmətindən istifadə etməklə əldə edə bilərlər.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar